Ağ Ev rəhbəri Donald Tramp ABŞ-nin İranla danışıqlarının davam etdiyini və Tehranın razılığa gəlmək istədiyini iddia edib.
"Report" xəbər verir ki,o, bu açıqlamanı Respublikaçıların Nümayəndələr Palatasının kampaniya komitəsi tərəfindən təşkil edilən illik ianə toplama tədbirində verib.
"Onlar danışıqlarda iştirak edirlər və həqiqətən də razılaşma əldə etmək istəyirlər, amma bunu deməyə qorxurlar", - deyə o əlavə edib.



