İsrail Baş nazirinin sözçüsü Ziv Aqmon sərt çıxışlarına görə tənqidlərə məruz qalaraq istefa verib.
"Report"un "The Times of Israel" qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
Dünən axşam saatlarında Aqmonun Mirzahim yəhudilərinə qarşı irqçi açıqlamaları və Baş nazir Benyamin Netanyahunun özünə hücumları ictimaiyyətə açıqlanıb.
Bəyanatda qeyd olunur ki, Aqmon ifadələrin həqiqiliyini etiraf etsə də, onların kontekstdən çıxarıldığını iddia edib.
"Ötən həftə uzun müddətdir dostluq münasibətlərim olan biri şəxsi söhbətlərimiz zamanı verdiyim açıqlamaları ictimailəşdirmək qərarına gəldi. Bu söhbətlərin böyük əksəriyyəti Baş Nazirin Aparatında vəzifəyə başlamazdan əvvəl baş tutub. Sızdırılan sitatlar kontekstdən çıxarılıb və onların yeganə məqsədi mənim və Baş Nazirin özünün nüfuzuna xələl gətirmək olub", - deyə Aqmon qeyd edib.



