Trampın Çinə səfər edəcəyi tarix məlum olub

Trampın Çinə səfər edəcəyi tarix məlum olub backend

ABŞ Prezidenti Donald Tramp mayın 14-15-də Pekinə səfər edəcək.

"Assosiated Press"in məlumatına görə, bu barədə Ağ Ev məlumat yayıb.

Tramp Çinə səfəri çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşəcək.

Qeyd olunur ki, bu səfər əvvəl planlaşdırılsa da, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları fonunda təxirə salınmışdı.

Bildirilib ki, Vaşinqton hazırda Tehrana atəşkəslə bağlı təklifləri qəbul etdirməyə çalışır.

Səfərin yenidən planlaşdırılması ABŞ-ın digər dövlətlərdən Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasına dəstək istəməsi fonunda baş verir.