Qətər ordusuna məxsus helikopter qəzaya uğrayıb, yeddi nəfər ölüb

Qətər ordusuna məxsus helikopter qəzaya uğrayıb,  yeddi nəfər ölüb backend

Qətərin dövlət ərazi sularında baş verən helikopter qəzasından sonra itkin düşən şəxslərlə bağlı davam edən axtarış-xilasetmə əməliyyatları çərçivəsində helikopterdə olan 7 nəfərdən 6-sının tapılması mümkün olub.

"Qatar News Agency"in məlumatına görə, bunu ölkənin Daxili İşlər Nazirliyi bildirib.

Tapılan şəxslərin həlak olduğu təsdiqlənib, xüsusi təyinatlı qruplar isə sonuncu itkin şəxsin tapılması üçün intensiv axtarışları davam etdirir.

Nazirlik bazar günü X platformasında yaydığı açıqlamada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib.

 

***

Qətərə məxsus hərbi helikopterin texniki nasazlıq səbəbindən ölkənin sularında qəzaya uğraması nəticəsində azı altı nəfər həlak olub.

"Al Jazeera"nın məlumatına görə, bu barədə hökumət məlumat yayıb.

Helikopterdə ümumilikdə yeddi nəfər olub. Qətərin Daxili İşlər Nazirliyi bazar günü bildirib ki, itkin düşən sonuncu şəxsin tapılması üçün axtarış-xilasetmə əməliyyatları davam edir.

Ölkənin Müdafiə Nazirliyi daha əvvəl X platformasında yaydığı açıqlamada qeyd edib: “Qətərə məxsus helikopter planlı uçuş zamanı texniki nasazlıqla üzləşib və nəticədə dövlətin ərazi sularında qəzaya uğrayıb".