Estoniya Rusiyanı hava məkanını pozmaqda ittiham edib

Estoniya Rusiyanı hava məkanını pozmaqda ittiham edib backend

Estoniya Rusiyanın müvəqqəti işlər vəkilini Estoniya hava məkanının pozulması ilə bağlı etiraz notası təqdim etmək üçün Xarici İşlər Nazirliyinə çağırıb.

Qaziler.az bildirir ki, bu barədə nazirliyin açıqlamasında qeyd olunub.

Estoniya Xarici İşlər Nazirliyinin məlumatına görə, hadisə 18 martda baş verib. Nazirlik iddia edir ki, pozuntu Vayndlo adası yaxınlığında olub, burada Rusiya “Su-30” qırıcı təyyarəsi Estoniya hava məkanına daxil olub və təxminən bir dəqiqə orada qalıb.

QAZİLER.AZ