Qətərə hücumdan sonra Avropada qazın qiyməti ikiqat artıb

Qətərə hücumdan sonra Avropada qazın qiyməti  ikiqat artıb backend

İranın Qətərdəki “Qatar Energy” şirkətinin obyektlərinə hücumundan sonra Avropada mayeləşdirilmiş təbii qazın fyuçersləri 35% artıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Nəticədə, Avropa üçün çətin bir dövrdə qazın qiyməti ikiqat artıb. Qərb ölkələri bu yay Asiyadan olan alıcılarla rəqabət apararaq tükənmiş ehtiyatları bərpa etmək üçün daha çox təbii qaz almalı olacaqlar”, - agentlik qeyd edib.

“Bloomberg”ə görə, İranın hücumları qlobal qaz təchizatının uzun müddətli çatışmazlığına da səbəb ola bilər.

QAZİLER.AZ