İraq hava məkanını bağladı

İraq hava məkanını  bağladı backend

İraqın aviasiya orqanları ölkənin hava məkanının bağlı qalma müddətini ən azı bazar gününə qədər uzadıb.

Qaziler.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

"Hava məkanının bağlı qalma rejimi 22 mart saat 09:00-a qədər uzadılıb", - o deyib.

Mənbə qeyd edib ki, İraq üzərində hava məkanı fevralın 28-də günün birinci yarısında ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı səbəbindən bağlanıb.

Qeyd edək ki, fevralın 28-dən bu günə qədər İran, Küveyt və Bəhreynin hava məkanı tam, Qətərin hava məkanı isə qismən bağlıdır.