Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta son günlər təmas xəttində yaranmış gərginliyə münasibət bildirib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, səfir tərəfləri hər zaman irəliyə doğru addım atmağa və gərginliyi azaltmağa çağırdıqlarını deyib.
R. Sekuta ümidvar olduğunu bildirib ki, bu ay prezidentlərin nəzərə tutulan görüşü bu istiqamətdə vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək.