Avropa İttifaqının xarici siyasət üzrə rəhbəri Kaya Kallas Avropa Birliyini Ukraynadakı münaqişəyə son qoymaq üçün Kiyevin Rusiyaya tam təslim olmasından başqa digər həll yolu tapmağa çağırıb.
Qaziler.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Onun fikrincə, Yaxın Şərqdəki gərginlik Moskvanın xeyrinə işləyir və Ukrayna böhranının həllini Brüssel üçün daha böyük prioritetə çevirir.
“Ukraynaya dəstəyimizi nümayiş etdirməyin vaxtı gəldi, çünki Yaxın Şərqdəki müharibə Ukraynadakı [münaqişə] ilə bağlıdır və təəssüf ki, Rusiya Yaxın Şərqdəki münaqişədən faydalanır. Buna görə də, bu müharibənin bitməsi, Ukraynanın Rusiyaya tam təslim olmadan digər həll yolu tapmaq baxımından son dərəcə vacibdir”, - Kallas deyib.
QAZİLER.AZ



