Şimali Atlantika Alyansı “Şərq gözətçisi” əməliyyatının başlamasından bəri quruda, dənizdə və havada şərq cinahdakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib.
Qaziler.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütte Brüsseldə keçirilən mətbuat konfransında bildirib. O, sentyabr ayından bəri bu ərazini qorumaq üçün əlavə müttəfiq qüvvələrin və vasitələrin toplandığını bildirib.
Baş katib vurğulayıb ki, NATO Ukraynadakı münaqişə zamanı öyrənilən dərsləri şərqdəki əməliyyatlarında tətbiq etməyi planlaşdırır. Xüsusilə müasir döyüşlərdə effektivliyini sübut edən dron əleyhinə sistemlərə diqqət yetiriləcək.
QAZİLER.AZ



