Belarus Prezidenti Aleksandr Lukaşenko hazırkı ABŞ həmkarı Donald Trampa rəğbətini bildirib və onun siyasi kursuna sadiqliyini vurğulayıb.
Qaziler.az xəbər verir ki, bu barədə “BelTA” yazır.
Nəşr vurğulayıb ki, bu açıqlama Belarus lideri ilə ABŞ-nin xüsusi elçisi Con Koul arasında danışıqlar zamanı verilib.
“Bəli, çox istərdim ki, mənim fikrimi Donald Trampa çatdırasınız. Düşünürəm ki, ABŞ tərəfindən buraxılan müəyyən səhvlərə baxmayaraq, mən sizin prezidentinizin tərəfdarı olaraq qalıram", - deyə Lukaşenko əlavə edib.
Belarus lideri həmçinin qeyd edib ki, ABŞ Yaxın Şərqdə Belarusa dost ölkələrə qarşı müharibə aparır. Bu baxımdan o, regiondakı vəziyyəti açıq şəkildə müzakirə etməyə hazır olduğunu bildirib. O, qlobal məsələlərlə bağlı fikirlərinin Amerika tərəfi üçün vacib ola biləcəyinə inandığını ifadə edib.
QAZİLER.AZ



