Çində nəhəng sualtı qızıl yatağı aşkarlanıb

Çində nəhəng sualtı qızıl yatağı aşkarlanıb backend

ANS PRESS-in məlumatına görə, Sarı dənizin 2 km dərinliyində aşkar olunan qızıl yatağında 470 ton əlvan metal var. Lakin mütəxəssislər qızılın çıxarılmasının heç də asan başa gəlməyəcəyini bildirirlər. Sualtı qızıl yatağı Sanşan adasında, Şandun əyalətində aşkarlanıb. Bu əyalət öz qızıl yataqları ilə ölkədə liderlik edir. Çin dünyada iri qızıl istehsalı və istehlakı üzrə öndə gedən ölkələr arasındadır.

2015-ci il iyun ayının göstəricilərinə görə, Çin 1658 ton qızıl ehtiyyatlarına malikdir.

Belə nəhəng əlvan metal yataqlarından biri isə avqust ayında Serbiya ərazisində tapılıb. Həmin qızıl və mis yatağındakı qiymətli metalların ümumilikdə dəyəri 18 milyard dollar təşkil edir.

Dünyada qızıl istehsalına 450 tonla Çin Xalq Respublikası liderlik edir. 270 tonla ikinci yerdə Rusiya, 250 ton qızıl istehsalı ilə 3-cü yerdə Avstraliya qərar tutub.
Diaspora