İsrail son 24 saat ərzində İranda 200-dən çox hədəfə zərbələr endirib

İsrail son 24 saat ərzində İranda 200-dən çox hədəfə zərbələr endirib backend

İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində İranda 200-dən çox hədəfə hücum edib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr İranın qərb və mərkəzi bölgələrini hədəf alıb. Vurulan hədəflər arasında ballistik raketlər və PUA-lar, hava hücumundan müdafiə sistemləri və silah fabrikləri də var.