Qətərin dövlət neft və qaz şirkəti olan “Qatar Energy” Mayeləşdirilmiş Təbii Qaz zavodunun yerləşdiyi Ras Laffan təsisatına raket zərbələri nəticəsində ciddi ziyan dəydiyi açıqlanıb.
Qaziler.az bu barədə “Gazeta.ru”ya istinadla xəbər verir.
“"Qatar Energy” şirkəti bu axşam Ras Laffan sənaye ərazisinə raket zərbəsi endirildiyini təsdiqləyir. Xeyli ziyan dəydiyindən yanğını söndürmək üçün təcili yardım qrupları dərhal səfərbər edilib”, - deyə açıqlamada qeyd edilib.
Şirkət əlavə edib ki, itki barədə məlumat yoxdur.
QAZİLER.AZ



