ABŞ İranın Xameneinin ölümünə görə qisas alacağından qorxur

ABŞ İranın Xameneinin ölümünə görə qisas alacağından  qorxur backend

ABŞ İranın keçmiş Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümünə görə qisas alacağından qorxur.

Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Milli Kəşfiyyatının hesabatında deyilir.

"Tehran, şübhəsiz ki, hazırkı və keçmiş ABŞ rəsmilərini hədəf alaraq Ali Rəhbər Ayətullah Əli Xameneinin sui-qəsdinə görə qisas almağa çalışacaq", - sənəddə bildirilib.

Qeyd olunub ki, İran hələ də ABŞ hücumları zamanı həlak olan keçmiş İİKK-nın Qüds qüvvələrinin komandiri Qasım Süleymaninin ölümünün qisasını almaq üçün uzunmüddətli strateji niyyətini qoruyub saxlayır.

QAZİLER.AZ