Slovakiyanın Baş naziri 1 may gecəsi fabrikdə işləyəcək

Slovakiyanın Baş naziri 1 may gecəsi fabrikdə işləyəcək backend

Slovakiyanın Baş naziri Robert Fitso işçilərlə həmrəylik əlaməti olaraq 30 apreldən 1 maya qədər fabrikdə gecə növbəsində işləməyi planlaşdırdığını açıqlayıb.

Qaziler.az xəbər verir ki, bu barədə slovakiyalı siyasətçi “Facebook”da paylaşım edib.

"Gecə növbəsində işləyənlərə bir daha hörmətimi bildirmək və istehsalat fabriklərindən birində onlara qoşularaq işləmək istəyirəm”, - siyasətçi yazıb.

Artıq bir neçə ildir ki, Fitso ənənəvi olaraq 1 may gecəsini Slovakiyadakı fabriklərdən birində fəhlə kimi çalışaraq keçirir. Bu, onun istehsalda gecə işinin əhəmiyyətinə diqqət çəkmək üçün etdiyi bir üsuldur.

Fitso hesab edir ki, ölkə hakimiyyəti gecə növbəsində çalışan işçilərin maaşlarını artırmalıdır.

Qeyd edək ki, 1 May Slovakiyada Əmək Günüdür.

QAZİLER.AZ