Hindistana gedən 1,67 milyon tondan çox xam neft, 320 min tondan çox mayeləşdirilmiş neft qazı və təxminən 200 min tondan çox mayeləşdirilmiş təbii qaz Hörmüz boğazında ilişib qalıb.
Qaziler.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Gəmiçilik Nazirliyinin katibi Radjeş Kumar Sinha məlumat verib.
Onun sözlərinə görə, 22 gəmidəki 611 dənizçinin hamısı təhlükəsiz şəraitdədir. Sinha qeyd edib ki, Hindistan gəmilərinin Hörmüz boğazından keçməsini təmin etmək üçün səylər göstərir.
Qeyd edək ki, daha əvvəl İran ordusunun Hörmüz boğazında bir gəmiyə zərbə endirdiyi bildirilirmişdi.
QAZİLER.AZ



