İrandan gələn təhlükə davam etməkdədir - ABŞ Milli Kəşfiyyatı

İrandan gələn təhlükə davam etməkdədir - ABŞ Milli Kəşfiyyatı backend

İran və onun dəstəklədiyi qruplar hələ də Yaxın Şərqdə ABŞ və müttəfiqlərinin hədəflərinə zərbə endirmək qabiliyyətinə malikdirlər.

Qaziler.az “Fox News”a istinadla xəbər verir ki, bunu ABŞ-nin Milli Kəşfiyyat rəhbəri Tulsi Qabbard Senatın Kəşfiyyat Komitəsinin dinləməsində bildirib. Onun sözlərinə görə, Tehran regionda Amerikanın maraqlarına qarşı düşmənçilik hərəkətlərini davam etdirir.

“İran və onun əlaltıları hələ də ABŞ və müttəfiqlərinin Yaxın Şərqdəki maraqlarına hücum etməyə qadirdirlər və davam etdirirlər. Düşmən rejim sağ qalarsa, raket və pilotsuz təyyarə qüvvələrini yenidən qurmaq üçün çoxillik səylərə başlamağa çalışacaq”, - Qabbard bildirib.

QAZİLER.AZ