Almaniya kansleri Fridrix Merts Bundestaqda çıxış edərkən ABŞ-ni İrana hücum etməməyə inandıra biləcəyini bildirib.
Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, çıxışında o, həmçinin Vaşinqtonun hərbi əməliyyatlara başlamazdan əvvəl Avropa Birliyi ilə məsləhətləşmədiyini etiraf edib.
“Vaşinqton (İranla bağlı qərarını verməzdən əvvəl) bizimlə məsləhətləşmədi və Avropanın köməyini zəruri hesab etmədi. Biz onları indiki kimi hərəkət etməkdən çəkindirərdik", - Merts deyib.
Onun sözlərinə görə, növbəti danışıqlar zamanı Berlin Aİ-nin İrana hücumla bağlı hələ də bir çox sualının olduğunu "aydın" şəkildə bildirib.
QAZİLER.AZ



