"Buşehr" AES-ə edilən zərbələr Yaxın Şərqi içməli susuz qoya bilər

"Buşehr" AES-ə edilən zərbələr Yaxın Şərqi içməli susuz qoya bilər backend

İrandakı “Buşehr” Atom Elektrik Stansiyasına edilən zərbələr Yaxın Şərq ölkələrini içməli susuz qoya bilər.

Qaziler.az xəbər verir ki, bu barədə “NEWS.ru”ya Rosatom İctimai Şurasının üzvü Vladimir Kuznetsov məlumat verib. Onun sözlərinə görə, duzsuzlaşdırma qurğuları su hövzələrini çirkləndirə biləcək radiasiya izlərindən qoruya bilmir.

“İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman içməli suyu əsasən duzsuzlaşdırma qurğularından alır. Bu qurğular isə radiasiyadan qorumur”, - ekspert vurğulayıb.

Kuznetsov hesab edir ki, “Buşehr”ə edilən növbəti zərbələr region üçün fəlakətli nəticələrə səbəb olacaq.

“Atom Elektrik Stansiyası hava hücumundan müdafiə sistemləri ilə qorunmur. Atəş davam edərsə, tamamilə elektrik kəsilməsi riski var ki, bu da işlənmiş nüvə yanacağının soyumasını da pozacaq. Nəticədə nüvə fəlakəti mümkündür”, - həmsöhbət qeyd edib.

QAZİLER.AZ