Moskva may ayında Qələbə Günü şənliklərində Slovakiyanın Baş naziri Robert Fitsonu qəbul etməyə hazır olduğunu bildirib.
Qaziler.az bildirir ki, Rusiya səfiri Sergey Andreyev bunu martın 18-də açıqlayıb.
"Rusiya tərəfi Sovet xalqının Böyük Vətən Müharibəsində qələbəsinin 81-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərində iştirak etmək üçün Slovakiyanın Baş naziri Robert Fitsonu qəbul etməyə hazır olduğunu təsdiqləyib", - deyə o, RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib.
QAZİLER.AZ



