"Britaniyanın Baş naziri Kir Starmer təəssüf ki, Uinston Çörçill deyil".
Qaziler.az bildirir ki, "RİA Novosti"nin məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Bu adamı görürsünüz? Onun kim olduğunu bilirsinizmi? Mərhum, böyük Uinston Çörçill", - deyə Tramp vurğulayıb.
Ağ Ev rəhbərinin sözlərinə görə, ABŞ-ın keçmiş prezidenti Barak Obama Çörçillin büstünün Ağ Evdə yerləşməsini istəmirdi.
QAZİLER.AZ



