Fransa lideri yalnız "vəziyyət sakitləşəndə" işə başlamağa hazırdır.
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Paris mövcud şərtlər daxilində Hörmüz boğazının açılması əməliyyatında iştirak etməyəcək.
Qaziler.az bildirir ki, bu barədə BFMTV və "Clash Report" məlumat yayıb.
Makron Fransanın Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyini açıqlayaraq, "bu müharibəni seçmədiyini" bildirdi.
"Biz orada iştirak etmirik və vətəndaşlarımızı qorumaq və müttəfiqlərimizi dəstəkləmək üçün sırf müdafiə mövqeyi tuturuq", - Makron vurğulayıb.
Fransa lideri əlavə edib ki, Paris "hazırkı şərtlər altında" Hörmüz boğazındakı əməliyyatlarda "heç vaxt iştirak etməyəcək". Eyni zamanda, o, bölgədə naviqasiya azadlığı və dəniz təhlükəsizliyini təmin etmək istəyini qeyd edib.
QAZİLER.AZ



