Tramp Çinə səfərinin və Si Cinpinlə görüşünün təxirə salındığını açıqladı

Tramp Çinə səfərinin və Si Cinpinlə görüşünün təxirə salındığını açıqladı backend

17 martda ABŞ prezidenti Donald Tramp Çinə səfərinin və Çin prezidenti Si Cinpinlə planlaşdırılan görüşünün təxirə salındığını elan etdi.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Trampın sözlərinə görə, Çin lideri ilə danışıqlar təxminən beş-altı həftə ərzində baş tutacaq.

"Çinlə bağlı məsələ bir az fərqlidir. Biz Si Cinpinlə görüşü təxirə salırıq", - deyə o, Ağ Evdə İrlandiyanın Baş naziri Mixoll Martinlə görüşdə Çinə səfəri ilə bağlı suala cavab olaraq bildirib.

 Amerika prezidenti həmçinin Çin lideri ilə görüşməyi səbirsizliklə gözlədiyini bildirib.

QAZİLER.AZ