Finlandiya prezidenti: Yaxın Şərqdəki münaqişə Ukraynanın mövqeyini zəiflədir

Finlandiya prezidenti: Yaxın Şərqdəki münaqişə Ukraynanın mövqeyini zəiflədir backend

Finlandiya prezidenti Aleksandr Stubb Yaxın Şərqdəki müharibənin nəticələrinin "Ukraynaya mənfi təsir göstərdiyini" bildirib və Rusiya ilə ləng sülh danışıqlarının nəticədə pozula biləcəyindən narahatlığını bildirib.

Qaziler.az bildirir ki, bu barədə "The Guardian" yazıb.

Londona səfəri zamanı prezident qeyd etdi ki, onun fikrincə, Yaxın Şərqdəki müharibə "diqqəti Ukraynadakı sülh danışıqlarından yayındırır", Rusiyanın iqtisadi və hərbi mövqeyi isə güclənir.

"Ümid edirəm ki, Ukraynadakı sülh danışıqları İran-ABŞ danışıqları kimi çökməyəcək", - deyə Stabb Şərqi Avropadakı müharibənin vəziyyəti ilə bağlı bir sıra pessimist fikirlərini yekunlaşdıraraq bildirib.

O, ABŞ və İsrailin hücumları nəticəsində neft qiymətlərinin kəskin şəkildə artmasının Rusiya iqtisadiyyatının "əslində çox ağır vəziyyətdə olduğu" bir vaxtda "Kreml xəzinəsini" dolduracağını deyir.

QAZİLER.AZ