İsrail tərəfindən öldüyü elan edilən Laricani paylaşım edib

İsrail tərəfindən öldüyü elan edilən  Laricani paylaşım edib backend

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani ölüm xəbərlərindən sonra sosial mediada paylaşım edib.

Qaziler.az xəbər verir ki, paylaşım iranlı məmurun “X” sosial media hesabında edilib.

Həmin paylaşımda o, ABŞ tərəfindən batırılan “Dena” gəmisindəki iranlı dənizçilərin ailələrinə başsağlığı verib.

"Onların xatirəsi İran xalqının qəlbində əbədi qalacaq", - Laricani paylaşımında bildirib.

Əli Laricaninin iranlı dənizçilər haqqında məktubu da İran Ali Milli Təhlükəsizlik Şurasının katibinin ofisi tərəfindən “Telegram” kanalında dərc edilib. Orada bildirilirdi ki, “Dena” dənizçilərinin şəhid olması beynəlxalq zülmə qarşı mübarizə aparan İran xalqının qurbanlarının bir hissəsidir.

QAZİLER.AZ