ABŞ və İsrailin hücumları nəticəsində İranda 108 tarixi abidəyə ziyan dəyib.
Qaziler.az “Tasnim” xəbər agentliyinə istinadla bildirir ki, bu barədə İran Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, dağıntıların böyük əksəriyyəti Tehranda qeydə alınıb və 60 mədəni irs obyektinə ziyan dəyib.
ABŞ və sionist rejimin son hərbi hücumları nəticəsində İranın müxtəlif bölgələrində zədələnmiş tarixi və mədəni abidələrin sayı 108-ə çatıb. Ən çox ziyan Tehran əyalətinə dəyib: 60 tarixi abidəyə ziyan dəyib. Ardınca 19 abidə ilə İsfahan və 12 abidə ilə Kürdüstan bölgəsi gəlir.
QAZİLER.AZ



