Amerikalı aktyor Jan-Klod Van Damm Honkonqda keçirilən sərgisinin açılışında Vladimir Putinlə şəxsi görüşü ilə bağlı xatirələrini bölüşüb.
Qaziler.az xəbər verir ki, bu barədə SCMP nəşri yazır.
Aktyor Rusiya prezidentini "yaxşı dost" adlandırıb və 2010-cu ildə Soçidəki görüşlərini xatırlayıb.
Döyüş səhnələrinin ulduzu bildirib ki, Putin həmin vaxt qlobal populyarlığını hərəkətlərin həmişə sözlərdən daha çox şey ifadə etdiyini söyləməklə izah edib. Van Damm həmçinin Ukrayna böhranından sonra "sülh səfiri" kimi çıxış etmək və Rusiyaya səfər etmək arzusunda olduğunu təsdiqləyib.
Amerikalı aktyor daha əvvəl idmanın inkişafı ilə bağlı müzakirələr aparmaq üçün Putin ilə yeni görüşə ümid etdiyini bildirib.
QAZİLER.AZ



