17 mart gecəsi İsrail Müdafiə Qüvvələrinin İran ərazisinə endirdiyi zərbələrin hədəflərindən biri İslam Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani olub.
Qaziler.az xəbər verir ki, bu barədə İsrail televiziya kanalı “N12” məlumat yayıb.
Siyasətçi hazırda İranın Ali Liderinin müşaviri vəzifəsində çalışır.
Kanalın mənbəyinə görə, Laricani İsrail ordusunun əməliyyat planlarında iştirak edib. Jurnalistlər qeyd edirlər ki, hazırda hücumun nəticələri və siyasətçinin taleyi barədə dəqiq məlumat yoxdur.
QAZİLER.AZ



