"ABŞ Xark adasını ələ keçirməyə cəhd edərsə, İran onu işğalçılar üçün qəbiristanlığa çevirəcək".
Qaziler.az “Tasnim” xəbər agentliyinə istinadla xəbər verir ki, bunu İran parlamentinin Enerji Komitəsinin sözçüsü İsmayıl Hüseyni bildirib.
Onun sözlərinə görə, Tehranın düşmənləri ağır rüsvayçılıqla üzləşəcəklər.
“Əgər düşmənlər Xark adasını ələ keçirməyi planlaşdırırlarsa, onlar bilməlidirlər ki, ada işğalçılar üçün qəbiristanlığa çevriləcək”, - Hüseyni deyib.
QAZİLER.AZ



