İran hakimiyyəti hərbi əməliyyatları lazım olduğu qədər davam etdirməyə hazırdır və hazırda münaqişənin diplomatik həllini tapmağa diqqət yetirmir.
"Ash-Sharq" telekanalının məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib.
"İran lazım olduğu qədər döyüşməyə hazırdır", - XİN-in yüksək vəzifəli rəsmisi qeyd edib.
Onun sözlərinə görə, Tehran hazırda regiondakı münaqişənin diplomatik həllinə diqqət yetirmir.



