Hindistan höküməti ölkənin köhnəlmiş dəmiryolu sistemini müasirləşdirmək məqsədilə Yaponiya hökümətindən yüksək-sürətli ekspres qatarları alacaq.
QAZİLER.AZ-ın ANS PRESS-ə istinadən məlumatına görə, irimiqyaslı razılaşma barədə ölkənin baş naziri Narendra Modi bəyanat verib.Tikiləcək yüksəksürətli dəmiryolu xətti Mumbayla Əhmədabad şəhərlərini birləşdirəcək və sərnişin daşıma vaxtını 8 saatdan 2 saata qədər qısaldacaq.
İkitərəfli müqavilə Yaponiya baş naziri Şinzo Abenin 3 günlük səfəri çərçivəsində Dehlidə aparılan danışıqlardan sonra bağlanıb.
“Güllə qatarı” adlandırılan yüksəksürətli - ekspress dəmiryolu texnologiyasının Hindistanda tətbiqinə, o cümlədən dəmiryolu xəttlərinin salınması və yeni qatarların alınmasına görə büdcədən 14.7 milyard dollar vəsait ayrılacaq.