Almaniya kansleri Trampa çağırış edib

Almaniya kansleri Trampa çağırış edib backend

Almaniya kansleri Fridrix Merts ABŞ prezidenti Donald Trampı NATO-ya hörmət etməyə çağırıb.

Qaziler.az bu barədə TASS-a istinadla xəbər verir.

Qeyd olunub ki, bu çağırış Amerika liderinin ölkələr Hörmüz boğazının açılmasına kömək etməsələr, Alyansı "çox pis gələcək"lə hədələməsinə cavab olub.

“İttifaq daxilində bir-birimizə lazımi hörmətlə yanaşmağımızı istərdim”, - Merts deyib.

Kansler hesab edir ki, hərbi əməliyyatlar Tehranda hakimiyyət dəyişikliyinə səbəb olmayacaq. O, eskalasiyanın ciddi risklər daşıdığı üçün daha da artmasına qarşı xəbərdarlıq edib.

QAZİLER.AZ