Əfqanıstan Pakistanı reabilitasiya mərkəzinə hücumda ittiham edib

Əfqanıstan Pakistanı reabilitasiya mərkəzinə hücumda ittiham edib backend

Pakistan Hərbi Hava Qüvvələri Kabildəki narkotik reabilitasiya mərkəzinə hücum edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu açıqlamanı Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid verib.

Onun sözlərinə görə, müalicə alan narkotik asılıları arasında itkilər var. Həmçinin bir neçə xəstə yaralanıb.

Qeyd edək ki, martın 3-də Pakistan Əfqanıstandakı Baqram Hava Bazasına hücum edərək ən azı iki böyük anbarı və bir təyyarə anqarını dağıdıb. Baza 20 il ərzində ABŞ-nin Əfqanıstandakı hərbi kampaniyasının komandanlıq mərkəzi kimi xidmət edib və “Taliban” hərəkatı üçün dəyərli bir aktivdir.

QAZİLER.AZ