Tramp ABŞ-yə yardımdan imtina edən ölkələrə cavab verib

Tramp ABŞ-yə yardımdan imtina edən ölkələrə  cavab verib backend

Amerika administrasiyası Ukrayna məsələsində Avropa ilə hərəkətlərini əlaqələndirməyi zəruri hesab etmir, çünki böhran ABŞ-dən minlərlə mil və okeanla ayrılıb.

Qaziler.az xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ lideri Hörmüz boğazında Vaşinqtonun təklif etdiyi koalisiyada iştirak etməkdən imtina etdiklərinə görə bəzi NATO müttəfiqlərini tənqid edərək, Vaşinqtonun onlar üçün artıq kifayət qədər iş gördüyünü vurğulayıb”, -  Ağ Evin veb saytında qeyd edilib.

“Biz onları qoruyuruq. Ukrayna məsələsində onlarla birlikdə işləyirik. Ukrayna minlərlə mil uzaqlıqdadır və nəhəng bir okeanla ayrılıb. Biz bunu etməli deyildik, amma etdik", - Tramp deyib.

QAZİLER.AZ