İran ABŞ-nin bugünkü zərbələrinin məqsədini açıqlayıb

İran ABŞ-nin bugünkü zərbələrinin məqsədini açıqlayıb backend

ABŞ və İsrail bazar ertəsi günü şəhərə elektrik enerjisini tamamilə kəsmək üçün Tehranın elektrik yarımstansiyalarına zərbələr endiriblər.

Qaziler.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlamasında deyib.

O əlavə edib ki, İran mütəxəssisləri çətinliklərə baxmayaraq, şəhərə elektrik enerjisini iki saatdan az müddətdə bərpa edə biliblər.

“Bu gün Tehranın səması yenidən Epşteynin tərəfdarları tərəfindən törədilən partlayışların səsi ilə doldu. Bu hücumların hədəfləri elektrik yarımstansiyaları idiş Məhz bu yarımstansiyalar sıradan çıxsa, bütün şəhəri elektrik enerjisindən məhrum edə bilər”, - İsmayıl Bəqai yazıb.

QAZİLER.AZ