Lyayendən İranla bağlı etiraf: "Ciddi zərbə vuracaq"

Lyayendən İranla bağlı etiraf:  "Ciddi zərbə vuracaq" backend

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilk dəfə olaraq rəsmi şəkildə İrandakı hərbi münaqişənin Avropa iqtisadiyyatına mənfi təsir etdiyini etiraf edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məktubda o, AB-də enerji qiymətlərini azaltmaq üçün bir sıra tədbirlər görəcəyini açıqlayıb.

“Fars körfəzindən keçməklə neft və qaz təchizatında yaranmış uzun müddətli fasilələr AB iqtisadiyyatına ciddi zərbə vuracaq”, - deyə fon der Lyayen bildirib.

Məktubunda Avropa Komissiyasının prezidenti elektrik enerjisi də daxil olmaqla enerji qiymətlərini azaltmaq üçün qısamüddətli, hədəflənmiş tədbirlər görəcəyinə söz verib. Sənaye üçün yüksək enerji qiymətləri və qazla işləyən elektrik enerjisi istehsalı üçün subsidiyalar da nəzərdə tutulub. Bundan əlavə, AK elektrik enerjisinə qiymət həddi qoymağı nəzərdən keçirə bilər.

QAZİLER.AZ