Berlin hava limanı 18 martda tamamilə bağlanacaq

Berlin hava limanı 18 martda tamamilə bağlanacaq backend

Berlin - Brandenburq hava limanı “Verdi” həmkarlar ittifaqı tərəfindən elan edilən 24 saatlıq tətil səbəbindən 18 martda fəaliyyətini tamamilə dayandıracaq.

Qaziler.az xəbər verir ki, bu barədə operator şirkəti FBB məlumat yayıb.

Qeyd olunub ki, təxminən 57 min sərnişin bundan təsirlənəcək. Ümumilikdə 445 uçuş və gəliş ləğv ediləcək.

“18 martda Berlin-Brandenburq hava limanında planlaşdırılan sərnişin reysləri dayandırılacaq”, - bəyanatda deyilir.

Tətilə həmkarlar ittifaqı ilə işəgötürən arasında əmək haqqı mübahisəsi səbəb olub. “Verdi” təxminən 2000 hava limanı işçisinin əmək haqqının 6% artırılmasını tələb edir. Danışıqların növbəti mərhələsi 25 martda planlaşdırılır və tətil FBB-yə təzyiqi artırmaq məqsədi daşıyır.

QAZİLER.AZ