İranın 100-dən çox hərbi dəniz gəmisi məhv edilib - Tramp

İranın 100-dən çox hərbi dəniz gəmisi məhv edilib - Tramp backend

“Epik qəzəb” əməliyyatı başlayandan bu yana İranın 7 min hədəfinə zərbə endirilib.

AZƏRTAC-ın məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, bu müddətdə İrandan ballistik raket atışlarında 90 faiz, dron hücumlarında 95 faiz azalma baş verib. Prezident qeyd edib ki, İranın 100-dən çox hərbi dəniz gəmisi batırılıb və ya məhv edilib.