Tramp "ABC News"u ən yalançı və saxta media orqanlarından biri adlandırıb - VİDEO

Tramp "ABC News"u ən yalançı və saxta media orqanlarından biri adlandırıb - VİDEO backend

"ABC News" ən yalançı və saxta media orqanıdır.

Qaziler.az "izvestiya"ya istinadən bildirir ki, ABŞ Prezidenti Donald Tramp bunu martın 16-da açıqlayıb.

O, "ABC News" jurnalistinin İraqda KC-135 təyyarəsinin qəzasında altı amerikalı hərbçinin ölümü ilə bağlı sualına belə cavab verib.

"Düşünürəm ki, ABC News, ehtimal ki, planetin ən korrupsiyalaşmış xəbər şirkətlərindən biridir", - Ağ Ev rəhbəri deyib.

Amerikalı lider həmçinin əlavə edib ki, artıq şirkətin jurnalistlərinin suallarını eşitmək istəmir.

QAZİLER.AZ