ABŞ Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün koalisiya yaratmaq istəyir

ABŞ Hörmüz boğazından keçən gəmilərin müşayiəti üçün koalisiya yaratmaq istəyir backend

ABŞ Prezidenti Donald Trampın administrasiyası yaxın bir həftə ərzində Hörmüz boğazından keçən kommersiya gəmilərinin müşayiəti üçün beynəlxalq koalisiya yaradıldığını elan etməyi planlaşdırır.

 

APA xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

 

Məlumata görə, hazırda gəmilərin müşayiətinin Yaxın Şərqdə hərbi əməliyyatlar başa çatmamışdan əvvəl, yoxsa sonra başlanacağı məsələsi müzakirə olunur.

 

Koalisiyanın tərkibi barədə hələlik məlumat verilmir.

 

Qeyd edilir ki, təşəbbüsə bir neçə ölkə qoşulacaq.