Yaponiya ABŞ prezidenti Donald Trampın xahişindən sonra gəmilərini Hörmüz boğazına göndərməkdən imtina edib.
Qaziler.az bildirir ki, bu barədə Bloomberg agentliyinin məlumatında deyilir.
"Ən vacibi, vəziyyəti həll etmək üçün diplomatik səylər də daxil olmaqla, bütün səylərimizi birləşdirməkdir", - deyə Yaponiyanın müdafiə naziri Şindziro Koizumi Pentaqon katibi Pit Heqsetlə gecə saatlarında telefon danışığından sonra bildirib.
Yaponiyanın Baş naziri Sanae Takaiçi öz növbəsində ölkənin hələ rəsmi sorğu almadığını, lakin qanunları çərçivəsində hərəkət edəcəyinə söz verdiyini vurğulayıb.
Tramp daha əvvəl Çin, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya və Yaxın Şərqdəki vəziyyətdən təsirlənən digər ölkələri Hörmüz boğazına gəmilər göndərməyə çağırmışdı
QAZİLER.AZ



