Türkiyə İraqdakı hərbçilərinin yerini dəyişdi

Türkiyə İraqdakı hərbçilərinin yerini dəyişdi backend

İraqın Mosul əyalətinin Başika bölgəsində yerləşən Türkiyə hərbçilərinin bir qismi ölkənin şimal hissəsindəki başqa bir əraziyə göndərilib. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. Məlumata görə, 10-12 hərbi avtomobilin bir bölümü Başika düşərgəsinə ayrılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin bir qrup əsgəri iki il yarımdır Mosul əyalətinin Başika rayonunda İraqın şimalındakı muxtar hökumətin silahlılarına terrorçuluğa qarşı mübarizə aparmaq üçün təlimlər keçir.

Rəsmi Bağdad isə türk əsgərinin həmin ərazidən çıxmasını tələb edir.
Diaspora