ABŞ ordusu Ukraynada hazırlanmış 10.000 tutucu dronu Yaxın Şərqə göndərib.
Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi ABŞ ordusunun katibi Den Driskola istinadən məlumat verib.
Driskola görə, süni intellektlə təchiz olunmuş “Merops” dronları 28 fevralda İrana qarşı ABŞ-İsrail əməliyyatının başlamasından beş gün sonra göndərilib. O, bu tutucu dronlardan İran hücumlarını dəf etmək üçün istifadə olunacağını qeyd edib.
Agentlik “Merops” dronlarının “Project Eagle” müdafiə şirkəti tərəfindən hazırlandığını və daha sonra 2024-cü ildə Ukraynaya yerləşdirildiyini qeyd edib. Hər bir dron 14.000 - 15.000 dollar arasında başa gəlir. Lakin Driskolla bildirib ki, daha böyük sifarişlər zamanı qiymət 3.000 - 5.000 dollara qədər düşə bilər.
QAZİLER.AZ



