Finlandiyanın nüvə silahına ehtiyacı yoxdur - Stubb

Finlandiyanın nüvə silahına ehtiyacı yoxdur - Stubb backend

Finlandiyanın sülh dövründə nüvə silahına ehtiyacı yoxdur.

Qaziler.az “Yle” nəşrinə istinadla bildirir ki, bunu Finlandiya prezident Aleksandr Stubb deyib.

"Finlandiyanın sülh dövründə nüvə silahına ehtiyacı yoxdur. Heç kim Finlandiyanın öz ərazisində nüvə silahı yerləşdirməsini təklif etməyib", - Stubb vurğulayıb.

Finlandiya lideri həmçinin bildirib ki, ölkə nüvə silahsızlanmasına sadiqdir. Eyni zamanda, Finlandiya nüvə silahları ilə bağlı suveren qərar qəbuletmə hüquqlarını saxlayır. Stubb aydınlaşdırıb ki, NATO üzvü olaraq bu məsələdə heç bir məhdudiyyəti yoxdur.

QAZİLER.AZ