Braziliyanın həbsdə olan keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Braziliyanın həbsdə olan keçmiş prezidenti xəstəxanaya yerləşdirilib backend

Dövlət çevrilişinə cəhddə təqsirli bilinən və hazırda həbs cəzası çəkən keçmiş Braziliya Prezidenti (2019–2022) Jair Bolsonaro paytaxtdakı “DF Star” xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb.

Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, xəstəxananın açıqlamasına görə, ona kəskin pnevmoniya diaqnozu qoyulub.

Siyasətçi yüksək hərarət və qanda oksigen səviyyəsinin aşağı olması səbəbindən xəstəxanaya yerləşdirilib. Müayinədən sonra həkimlər ona ikitərəfli bakterial bronxopnevmoniya diaqnozu qoyublar və venadaxili antibiotiklərlə müalicəyə başlayıblar.

Keçmiş prezidentin həyat yoldaşı və oğullarına onunla birlikdə otaqda olmasına icazə verilib. Bununla yanaşı polis xəstəxanada davamlı növbədə olacaq və mobil telefonlardan istifadə qadağandır.

Qeyd edək ki, Bolsonaro 2022-ci ildə çevriliş cəhdindəki roluna görə 27 il həbs cəzasına məhkum edilib. Onun sağlamlıq problemləri 2018-ci ildə seçki kampaniyası zamanı, mədəsindən bıçaqlandığı zaman başlayıb.

QAZİLER.AZ