Əfqanıstan Pakistan hərbi kompleksinə hücum edib

Əfqanıstan Pakistan hərbi kompleksinə hücum edib backend

Əfqanıstan Pakistanın paytaxtı İslamabaddakı Həmzə hərbi kompleksinə pilotsuz təyyarə ilə hücum edib.

Qaziler.az xəbər verir ki, bu barədə “Tolo” xəbər portalı məlumat yayıb.

Hücum Pakistanın Kabil və digər əyalətlərdə gecə saatlarında həyata keçirdiyi hava hücumlarına cavab olub.

Mənbəyə görə, Əfqanıstan qüvvələri Faizabad rayonundakı kompleksi hədəfə alıb. Telegram kanalı S”eda-e Afghan” bildirir ki, kamikadze-dron Həmzə kampusundakı zabitlər kompleksinin 28-ci blokuna zərbə endirib və nəticədə Pakistan əsgərləri arasında çoxsaylı itkilər var.

Qeyd edilib ki, cümə gecəsi Pakistan Kabil, Qəndəhar, həmçinin Paktiya və Paktika əyalətlərinə hücumlar edib. Əfqanıstan cavab olaraq, dronları bu səhər Kohat şəhərindəki Pakistan ordusunun bazasına zərbə endirib.

QAZİLER.AZ