ABŞ Hörmüz boğazı yaxınlığında donanmasını toplamağa başlayır

ABŞ Hörmüz boğazı yaxınlığında donanmasını toplamağa başlayır backend

ABŞ Mərkəzi Komandanlığı Hörmüz boğazındakı ticarət gəmilərini qorumaq üçün əlavə esminetslər və dəniz döyüş gəmiləri istəyib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Mənbəyə görə, İranın sursat ehtiyatlarına intensiv zərbələr endirilsə də, hücum təhlükəsi qalmaqdadır.

“ABŞ Mərkəzi Komandanlığı dünya neft ehtiyatlarının təxminən 20%-nin keçdiyi boğazdan keçməyə çalışan ticarət gəmilərini qorumaq üçün əlavə esminetslər və dəniz döyüş gəmiləri istəyib”, - nəşr yazıb.

QAZİLER.AZ