Almaniya kansleri Fridrix Merts ABŞ-ın Rusiyaya qarşı sanksiyaları yumşaltmasını pisləyərək bunu səhv siqnal adlandırıb. O, Amerikanın qərarının G7 üzvləri arasında narazılığa səbəb olduğunu bildirib.
Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verir.
MerTS bildirib ki, ABŞ prezidenti Donald Trampla görüşdə altı G7 üzvü belə bir addımın səhv olduğu barədə yekdil fikir səsləndiriblər.
Bu səhər öyrəndik ki, Amerika hökuməti, görünür, başqa cür qərar verib. Biz bunun səhv olduğunu hesab edirik. İndi məsələ həcm deyil, qiymətdir və mən bilmək istərdim ki,Amerika hökuməti bu qərarı vermək üçün başqa hansı motivlər üstünlük təşkil edirdi", - kansler deyib.
QAZİLER.AZ



