Polşa Müdafiə Nazirliyi dronun Rusiyaya məxsus olduğunu istisna etmir.
Polşanın Böyük Polşa voyevodalığının Konin şəhəri yaxınlığındakı kömür mədənində naməlum dron aşkar edilib. Hadisə yerində polis və hərbi jandarmeriya işləyir.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukraine Polşa Mətbuat Agentliyinə və Böyük Polşa voyevodalığı polisinin bəyanatına istinadən məlumat yayıb.
Voyevoda polisi bildirib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dronun aşkarlandığı yerdə işləyir və ərazini təhlükəsizlik tədbirləri görürlər.
Qeyd olunur ki, hazırda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək heç bir hadisə qeydə alınmayıb.
QAZİLER.AZ



